“Rusiya hakimiyyəti qoşunlarının getdikcə geri çəkilməsinə və Xerson vilayətinin böyük hissəsinin Ukraynanın nəzarətinə qayıtmasına haqq qazandırmaq üçün zəmin hazırlayır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
“Rusiya qoşunlarının geri çəkilməsinə insanları hazırlayın - Xerson vilayətinin qubernatoru Vladimir Saldo və Ukraynaya qarşı müharibənin komandiri təyin edilmiş general Sergey Surovikindir bu ifadələrin müəllifi. Surovikin və Saldonun bəyanatları, ehtimal ki, rusların Dnepr üzərindən tam geri çəkilməsinə informasiya şəraiti yaratmaq cəhdidir, bunun nəticəsində Xerson şəhəri və Xerson vilayətinin digər mühüm əraziləri irəliləyən Ukrayna qoşunlarına təslim olacaq”,- analitiklər hesab edirlər.