Pilotsuz uçuş aparatlarından istifadə üzrə iranlı məsləhətçilər və təlimatçılar Rusiya Federasiyası ərazisinə gəliblər.
Teleqraf.com xəbər verir ki, bu xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“İlkin məlumatlara görə, Tehran və Kreml zərbə PUA-larından istifadə etməklə bağlı Rusiyaya məsləhətçilər və təlimatçılar göndərmək barədə razılığa gəliblər. Xüsusilə, mövcud “Şahed-136” PUA-larının operatorlarının hazırlanması və perspektivli “Arash-2” PUA-ları üçün”, - məlumatda deyilib.