Ukrayna ətrafında vəziyyətin nizamlanmasına yalnız ABŞ və Çinin güclü və birgə müdaxiləsi ilə nail olmaq olar.
Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
“Hesab edirəm ki, son həll yalnız ABŞ və Çinin güclü və birgə müdaxiləsi ilə əldə edilə bilər”, - sabiq baş nazir bildirib.
Berluskoni qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi İtaliya hökumətinin, Avropa İttifaqının, NATO və ABŞ-ın mövqeyi ilə tamamilə üst-üstə düşür.
O, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini qınadığını söyləyib.