Ukraynanın Odessa şəhərində könüllülər ofisində güclü partlayış baş verib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, dekabrın 10-u saat 01:30-da baş verən partlayış zamanı xəsarət alan olmayıb. Partlayışın episentri ofis binasının birinci mərtəbəsində olub. Bu otaqda antiterror əməliyyatında iştirak edən hökumət qoşunları üçün könüllülər tərəfindən yığılan pullar olub.
Partladılan obyektin ətrafı polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Faktla bağlı araşdırmalar başlanıb.
Samir