İranlı hərbçilərin Krımda Rusiya ordusuna pilotsuz uçan aparatlarla təlim keçməsi ilə bağlı iddialar ABŞ-da müzakirə olunmağa davam edir.
Teleqraf.com xəbər verir ki, Ağ Evdən sonra ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder də Rusiyanın Ukraynanı İran dronları ilə hədəfə aldığını və iranlı hərbçilərin ruslara təlim verdiyini təsdiqləyib.
“İranın təkcə Yaxın Şərqdə deyil, həm də bu gün gördüyümüz kimi digər bölgələrdə də terrorizmin yayılmasında şərik olduğunu müşahidə edirik”, - Pentaqon rəsmisi bildirib.
Rayder Ukraynaya dəstəyi davam etdirəcəklərini söyləyib:
“Dronların təsirinə gəlincə, bunlar təşviş yaratmaq üçün psixoloji silah kimi istifadə olunur, amma Rusiyanın əməliyyat baxımından mövqelərini itirməsi faktını dəyişdirmir”.
Rayder Ukraynanın çox sayda İran dronları vurduğunu deyərək, Rusiyanın nə qədər pilotsuz uçan aparata sahib olduğu barədə məlumat verməyib.