Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tayfun” ballistik raketlərinin sınaqdan keçirilməsinə Yunanıstanın reaksiyasından danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bəzi ölkələrin bunu özlərinə mesaj kimi qəbul etdiklərini bildirib.
“İndi bizim “Tayfun”umuz var. Bunlar bəzi yerlərə mesaj olur. Biz də zövqlə izləyirik”, - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin “Tayfun” raket layihəsi çərçivəsində oktyabrın 18-də Rizədə ballistik raket sınağı həyata keçirib. Raket hədəfi uğurla vurub.
Türkiyənin ballistik raketini sınaqdan keçirməsi yunan mediasında təşvişə səbəb olub.