Boris Conson yenidən Böyük Britaniyanın baş naziri olmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Boris Consonun dostu, deputat Ceyms Dadric “Sky News“a açıqlamasında bildirib.
Boris Conson Ceyms Dadric ilə telefon danışığında liderlik yarışına hazır olduğunu və bunu edəcəyini bildirib.
Boris Consonun hazırda Karib dənizində tətildə olduğunu deyən dostu onun Böyük Britaniyaya qayıdacağını bildirib.