"Azərbaycanla imzaladığı razılaşmalara görə Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan bir araya gəlib və burada zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyub:
"Bu layihədə Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan iştirak edir. Ermənistan Azərbaycanla imzaladıqları razılaşamaları həyata keçirərsə, bu layihəyə qatıla bilər.
Uzun illərdir Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla özünü təcrid edib. Qarabağ işğaldan azad edildikdən sonra sülh fürsəti ortaya çıxdı. Ermənistan da bunu dəyərləndirməlidir".