İraq, İran və Suriya İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı yeni ittifaqla bağlı razılıq əldə ediblər.
Teleqraf.com Türkiyə meidasına istinadən xəbər verir ki, bununla bağlı Tehran konfransında qərar qəbul edilib. Məsələni şərh edən İran xarici işlər naziri Məhəmməd Cavad Şerif bu razılaşmanın sırf terrorçuluqla mübarizə xarakteri daşıdığını qeyd edib.
Müzakirələrdə İraqı xarici işlər naziri İbrahim Cəfəri, Suriyanı isə xarici işlər naziri Vəlid Muallim təmsil edib.
Konfransın açılışında danışan İran prezidenti Həsən Ruhani İŞİD kimi İslam əleyhinə olan qrupları xarici birliklərin dəstəyi olmadan məğlub etməyin mümkünlüyündən danışıb. Ruhani çıxışında xarici dövlətlərdən terror təşkilatlarına birbaşa və ya dolayı maliyyə yardımları etməyə son verməyi tələb edib.
Samir