Rusiyanın Perm şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bölgənin fövqəladə hallar xidməti yanğın nəticəsində iki nəfərin öldüyünü, bir zərərçəkənə tibbi yardımın göstərildiyini bildirib.
Bildirilir ki, hadisə plastikdən hazırlanmış binada baş verib.