“Latviya Rusiyaya qarşı mübarizədə Ukraynaya hərbi-texniki yardım göstərməyən ölkələri qınayır”.
Teleqraf.com xəbər verir ki, bunu Latviya müdafiə naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı aydın mövqe və ona yardım gələcəkdə Avropa ölkələri arasında müttəfiqlikləri və əməkdaşlığı müəyyən edəcək.
Latviyalı nazir onu da vurğulayıb ki, Ukraynanın bu müharibədə qələbəsinə ümid etməyən ölkələr Avropa Birliyi və NATO ideallarına xəyanət edirlər:
“Mənəvi cəhətdən Ukrayna artıq qalib gəlib, psixoloji cəhətdən qalib gəlmək üzrədir. İndi qələbə hərbi-texniki məsələdir. Bu baxımdan, əsas sual dünyanın digər ölkələrinin bu müharibənin yeganə nəticəsinin Ukraynanın qələbəsi ola biləcəyini nə qədər tez başa düşəcəkləri ilə bağlıdır. Bizə məlumdur ki, hətta Avropadakı bütün dövlətlər belə düşünmürlər, amma Avropa Birliyi və NATO-ya üzv dövlətlərin bu mövqeyi xəyanətə çox yaxındır”.
Nazir vurğulayıb ki, Rusiya nüvə silahından istifadə etmək qərarına gəlsə, Qərb Ukraynaya təcavüzlə mübarizədə yardımını dayandırmayacaq. Pabriks əlavə edib ki, Avropa ölkələri belə bir mümkün zərbəyə cavab verəcək.