Sudanın Mavi Nil əyalətində etnik qruplar arasında silahlı toqquşmalar nəticəsində azı 230 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Mavi Nil əyalətində iyulda baş vermiş toqquşma oktyabrda yenidən təkrarlanıb.
Toqquşmalar səbəbindən indiyə qədər 200 mindən çox insan əyaləti tərk etmək məcburiyyətində qalıb.