23 Oktyabr 2022 22:21
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ordusu Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub.

Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.

Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib.

Təlimə regional Aşura qərargahı komandanlıq edib. Təlimlər hərbi manevr döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər