Terrorçular Donbas hövzəsinin dəmir yolu infrastrukturunu dağıtmaqda davam edirlər.
Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, Donetsk vilayətində Krasnoarmeysk-Qrodovka rayonları arasındakı dəmir yol körpüsü partladılıb.
Dəmiryolçular körpünün dağıdılmış hissəsini müvəqqəti konstruksiyalarla əvəz ediblər. Beləliklə, qatarların hərəkətini bərpa etmək mümkün olub.
İlkin məlumatlara görə, körpünün əsaslı təmiri üçün 3 milyon qrivna (təxminən 230 min dollar) lazımdır.
Ümumilikdə, Donetsk, Pridneprovski və Cənub dəmir yollarının balansında olan 30 dəmir yolu, piyada körpüsü və keçidlər diversiya əməliyyatları nəticəsində zərər görüb. Dağıdılmış dəmir yolu körpüləri və keçidlərin bərpası üçün təxmini 218 milyon qrivna (təxminən 17 milyon dollar) tələb olunur.