İsrail Ukraynaya bəzi kəşfiyyat məlumatları təqdim edib. Bu məlumat İran pilotsuz təyyarələrini məhv etmək üçün faydalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri yazıb.
Məqalədə hansı məlumatların müzakirə olunduğu göstərilmir. Eyni zamanda qeyd olunur ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba hava hücumundan müdafiə sistemləri ilə bağlı İsrailə müraciət edib.
İsrailin Müdafiə naziri Benni Qants ukraynalı diplomatla görüşdən imtina edib, çünki Qüds Suriyada reydlər keçirməkdə Moskva ilə əməkdaşlıq edir.
Eyni zamanda, İsrailin Ukraynaya İran PUA-ları ilə mübarizə üçün xəbərdarlıq sistemləri verəcəyi ifadə edilir.
Bu ilin iyulunda Rusiya İrandan “Şahed-136” və “Məhajer-6” döyüş təyyarələrinin böyük partiyasını alıb. Müxtəlif hesablamalara görə, onların sayı bir neçə min ədədə çata bilər.
Maraqlısı isə Tehran Rusiya Federasiyasına pilotsuz təyyarələr satmadığını bəyan edib.