24 Oktyabr 2022 12:01
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş xəzinə naziri Rişi Sunak Böyük Britaniyanın yeni hökumət başçısı olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.

“Biz həm ölkə daxilində, həm də xaricdə çətinliklərlə üzləşirik. Həmişə demişəm ki, hökumətə təcrübəsi olan adam başçılıq etməlidir və mən hələ də bunun tərəfdarıyam. Ən çox təcrübəyə malik namizəd şübhəsiz Rişi Sunakdır. O, baş nazirimiz kimi mənim tam dəstəyimə arxalana bilər və mən səsimi ona verəcəm”, - nazir bildirib.

Qeyd edək ki, sabiq baş nazir Boris Conson seçkilərdən çəkildiyini açıqlayıb. Bundan sonra yarışın Sunak və keçmiş müdafiə naziri Penni Mordaunt arasında baş tutacağı dəqiqləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər