24 Oktyabr 2022 17:00
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın “çirkli bomba” istifadə edərək təxribata səbəb olacağı ilə bağlı iddialarından sonra başlayan müzakirələr artmaqda davam edir.

Teleqraf.com-un xəbərinə görə, Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, təxribat iddialarından sonra Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ, Fransa, İngiltərə və Türkiyəli həmkarlarına zəng edərək lazımi məlumatları verib.

Peskov deyib ki, Rusiyanın verdiyi məlumata inanmamaq "çirkli bomba" təhlükəsinin aradan qalxması demək deyil: “Müdafiə nazirinin dediyi məlumata inanıb-inanmamaq həmkarlarının öz işidir”.

Qərb ölkələrinin Ukrayna probleminin həlli üçün mövqe tutmaq əvəzinə Kiyevi dəstəklədiyinə diqqət çəkən Peskov Türkiyənin bu mövzuda daha konstruktiv hərəkət etdiyini xatırladaraq bildirib ki, Ankara Paris və Berlindən fərqli mövqe tutur:

“Ankara vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir. Bildiyimiz kimi, Prezident Putin Türkiyənin vasitəçilik səylərini dəfələrlə yüksək qiymətləndirib. Bundan əlavə, bizim çox geniş ticarət və iqtisadi əlaqələrimiz var. Prezidentlərin tez-tez ünsiyyəti nəticəsində böyük layihələr həyata keçirilir. Makron və Şolz isə bir növ Rusiya tərəfinin mövqeyini dinləmək və vasitəçilik xidmətlərinin göstərilməsi kimi səylərdə iştirak etmək istəyini nümayiş etdirməyiblər. Ona görə də onlarla əlaqə az olub”.

Peskov onu da əlavə edib ki, Putinin ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronla görüşmək planı yoxdur.


Müəllif: Nemət

Oxşar xəbərlər