25 Oktyabr 2022 17:47
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazisinə görə dünyanın ikinci böyük ölkəsi, hər kvadrat kilometrə 4,2 əhali sıxlığına sahib olan Kanada hər il immiqrant qəbulunu artırır. Doğuş nisbətinin aşağı olması, eləcə də yaşlı əhalinin artması səbəbindən əhali sıxlığını artırmaq istəyən Kanada hökuməti 2023-cü ildə təxminən 450 min immiqrantı işə götürərək əhalisini və iqtisadiyyatını gücləndirməyi hədəfləyir.

Teleqraf.com xəbər verir ki, ərazisinə görə Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsi olan Kanada böyük torpaqlarına baxmayaraq dünyanın ən seyrək məskunlaşdığı ölkələrdən biridir.

Təhsillə yanaşı həyat səviyyəsinin də kifayət qədər yüksək olduğu ölkədə yaşlı əhalinin artımına aşağı doğum səviyyəsi də əlavə olunduqda ölkə iqtisadiyyatı və işçi qüvvəsində problem yaşanır. Bu çərçivədə həllini immiqrantların işə qəbulunda tapan Kanada hökuməti, inkişaf etdirdiyi immiqrasiya siyasəti çərçivəsində hər il immiqrant qəbulunu artırır. İl sonuna qədər qapılarını 431 min 645 immiqranta açmağı hədəfləyən Kanada hökuməti 2023-cü ildə bu rəqəmi 447 055 nəfər çatdırmağı planlaşdırır.

Bu çərçivədə Kanadanın 2022 və 2023-cü illərdə qapılarını 832 min immiqranta açaraq rekord qırması gözlənilir.

Kanada İmmiqrasiya Naziri Sean Fraserin hökumətin immiqrasiya ilə bağlı 5 bəndlik strateji planını ötən həftələrdə ictimaiyyətə açıqladığını deyən türk mütəxəssis Burcu Akyol plan haqqında danışıb:

“Planın bir hissəsi olaraq, Kanada hökumətinin müvəqqəti yaşayış yerindən daimi yaşayış yerinə keçid şərtlərinə dəyişiklik edəcəyi açıqlanıb. Bu yolla uzunmüddətli perspektivdə ölkədəki işçi qüvvəsi çatışmazlıqlarının aradan qaldırılması hədəflənir. Kanada iqtisadiyyatının səhiyyə, yaşayış, nəqliyyat, informasiya texnologiyaları və mühəndislik kimi müxtəlif sahələrdə işçi qüvvəsinə ehtiyacı olduğu üçün əmək bazarı ilə immiqrasiya proqramları arasında əlaqənin gücləndirilməsinə diqqət yetirib”.


Müəllif: Nemət

Oxşar xəbərlər