“Moskva Fransa Prezidenti Emmanuel Makronun mümkün həll yollarının tapılması baxımından Papa Fransisk və ABŞ rəhbərliyinin Ukrayna ilə bağlı danışıqlara daxil edilməsi təklifini alqışlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Əgər bütün bunlar həqiqətən də mümkün həll yollarının tapılması səylərinə uyğundursa, bu, müsbət qiymətləndirilə bilər”, - Kremlin sözçüsü bildirib.
Eyni zamanda o vurğulayıb ki, Makronun ideyası Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlarda mövqeyinə təsir göstərməyi nəzərdə tutmur.
“Bu bəyanatda deyilmir ki, kimsə Prezident Zelenskiyə zəng vurmalı və ona Rusiya ilə danışıqları qadağan edənlərlə məşğul olmalıdır”, - Peskov söyləyib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya bütün bunları amerikalılarla, fransızlarla və papa ilə müzakirə etməyə hazırdır:
“Rusiya bütün təmaslara açıqdır, amma biz Ukraynanın danışıqların davam etdirilməməsini şifrələməsi faktından çıxış etməliyik”.
Qeyd edək ki, Makron Roma papasından Rusiya Prezidenti Vladimir Putinə, Patriarx Kirill və həmçinin ABŞ lideri Co Baydenə zəng etməyi xahiş edib. Fransa prezidenti Fransiski Ukraynada sülhü təşviq etməyə çağırıb.