25 Oktyabr 2022 23:38
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyi (AB) qələbəyə qədər Ukraynaya hər ay 1.5 milyard avro verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, AB müharibə zamanı dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün hər ay Ukraynaya 1.5 milyard avroya qədər vəsait ayıracaq.

Leyen xatırladıb ki, 2022-ci ilin əvvəlindən Ukrayna hərbi təchizat da daxil olmaqla, AB-dən artıq 19 milyard avrodan çox maliyyə yardımı alıb, amma bu, kifayət deyil.

“Beynəlxalq maliyyə təşkilatlarına və Ukraynaya görə, sadəcə cari xərcləri ödəmək üçün hər ay 3-5 milyard avro lazımdır. Avropa Birliyi və ABŞ-dan olan dostlarımızdan və beynəlxalq maliyyə institutlarından güclü dəstək lazımdır. İnanıram ki, Avropa Birliyi haqqı olan payını götürsə, bu, doğru olacaq. Müharibə zamanı AB-nin Ukraynaya ayda 1.5 milyard avroya qədər dəstəyini təmin etmək üçün üzv dövlətlərlə işləyirəm”, - Ursula fon der Leyen vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər