Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin “çirkli bomba” planını tənqid etdiyi açıqlamasında “Əl-Qaidə” lideri Üsamə bin Ladenin də əvvəlcə ABŞ-a yaxın olduğunu, amma sonra ona hücum etdiyini, Ukrayna Prezident Vladimir Zelenskinin də “İkinci bin Laden” olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Zaxarova 2011-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarının o vaxta qədər Vaşinqtona yaxın olan “Əl-Qaidə” silahlıları tərəfindən təşkil edildiyini bildirib.
“Onlar “Əkiz qüllələr” yerə yıxılanda düşmən oldular. O vaxta qədər onlara “dost” kimi baxırdılar. Eyni hal hazırda Zelenski üçün də baş verir. Mən bu sözdən qorxmuram. İstədiyinizi söyləyin: “mənim şəxsi baxışım”, “metafora” – nə istəyirsiniz... Beynəlxalq ictimaiyyət üçün Zelenski ikinci bin Ladendir. Sadəcə Avropa versiyasıdır. Bu versiya, yəqin ki, daha qorxuncdur, çünki Zelenskini bin Ladenə yedizdirdiklərindən daha böyük qaşıqla yedizdirirlər”, - Rusiya rəsmisi söyləyib.