Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskə İmmanuel Kantın “Əbədi sülhə doğru” kitabının nadir nəşrini hədiyyə edib.
Teleqraf.com xəbər verir ki, Polşada kitabın İkinci Dünya Müharibəsi zamanı Lvovdan oğurlandığı iddia edilir.
“Xarici İşlər Nazirliyi Fransa Prezidentinin pontifikə verdiyi hədiyyə məsələsini araşdırır, lakin hələlik bu məsələ ilə bağlı konkret açıqlama verməmişik”, - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin məsələ ilə bağlı deyib.