Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kralı III Çarlz ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq əlaqələri müzakirə edilib.
Prezident Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan münasibətlərin, bir çox sahələri əhatə edən güclü əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyinə inandığını bildirib.