Gecə saatlarında rus ordusu Dneprə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk qubernatoru Valentin Reznıçenko bildirib.
O qeyd edib ki, zərbə nəticəsində 4 nəfər yaralanıb: “Yaralılar arasında iki qadın və iki kişi də var. Hamısı xəstəxanaya yerləşdirilib. Üç nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir”.
Mer vurğulayıb ki, hazırda dağıntılar aradan qaldırılır, şəhərə dəyən ziyan hesablanır.