26 Oktyabr 2022 11:25
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Moskvaya xəbərdarlıq edib ki, nüvə silahından istifadə etməməlidir.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbərinin xəbərdarlığı Rusiyanın BMT-də Ukraynanın “çirkli bombadan istifadə etməyi planlaşdırdığını” deməsindən sonra edilib.

“Rusiya taktiki nüvə silahından istifadə edərsə, inanılmaz dərəcədə ciddi səhv edəcək. Mən hələ sizə zəmanət vermirəm ki, bu saxta bayraq əməliyyatıdır, biz bilmirik. Lakin bu, ciddi səhv olardı”, - deyə Bayden bildirib.

Xatırladaq ki, ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynanın öz ərazisində “çirkli nüvə bombası”ndan istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd edərək, bunu gərginliyin artması üçün bəhanə adlandırıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, ABŞ Rusiyanın bəyanatlarından narahatdır:

"Çünki onlar başqalarını ittiham etdikləri işləri özləri sonda edirlər".

Ukraynanın xarici işlər naziri bildirib ki, Kiyevin tələbi ilə MAQATE müfəttişləri yaxın vaxtlarda Ukraynanın iki obyektini yoxlamaq üçün gələcək.


Müəllif: Nemət

Oxşar xəbərlər