Qazaxıstan Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə sərhəd ticari-iqtisadi mərkəzlər şəbəkəsini işə salmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Biz Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə sərhəd ticari-iqtisadi mərkəzlər şəbəkəsini işə salacağıq. Bu məqsədlə 11 min kilometrlik dəmir yolunu təmir edəcəyik. Dostıq-Moiyntı, Darbaza-Məktəaral dəmir yolu xətlərini, Almatı ətrafındakı xətti və Çinlə Baxtı dəmir yolu keçidini işə salacağıq”, - Qazaxıstan lideri bildirib.
Tokayevin sözlərinə görə, Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunu əsas halqaya çevirməyi planlaşdırır ki, bu da ölkənin tranzit və ixrac imkanlarının daha dolğun həyata keçirilməsinə töhfə verəcək:
“Dəniz limanlarını və donanmanı gücləndirəcəyik, Xəzər dənizində konteyner qovşağı yaradacağıq”.