Rusiya Dövlət Duması Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Avrasiya İqtisadi Birliyinə Ermənistanın daxil olması ilə əlaqədar müqaviləni təsdiqləyib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan və Belarus parlamentlərində də müqavilənin təsdiqlənməsinin ardından Ermənistan birliyin tamhüquqlu üzvü olacaq.
Qeyd edək ki, 2014-cü il mayın 29-da keçirilən Astana zirvə toplantısında Avrasiya İqtisadi Birliyinin 2015-ci ilin yanvarın 1-dən etibarən atikvləşdirilməsi razılaşdırılıb. 2014-cü ilin oktyabr ayında Minskdə keçirilən iclas zamanı Ermənistan birliyə üzvlüyü qəbul edib. Bu zaman Rusiya prezidenti Vladimir Putin də Ermənistanın birliyin tamhüquqlu üzvü kimi fəaliyyət göstərəcəyini bildirib.
Samir