10 Dekabr 2014 17:04
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti İslam Kərimov qonşu Əfqanıstanda vəziyyətin pisləşməsi ilə əlaqədar Rusiyanın dəstəyinə ümid edir.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, o bu sözləri rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı səsləndirib.

Kərimov İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının İraq və Suriyadakı vəziyəti Əfqanıstanda yaradacağından narahatlığını ifadə edib. Özbək prezident sərhədlərinə yaxın ərazilərdə belə bir halın baş verməsinin xoşagəlməz olduğunu deyib.

Bundan əlavə, çoxtərəfli formatda əməkdaşlıq barədə danışarkən Kərimov MDB və Şanxay Əməkdaşlıq Təşkilatı inkişaf perspektivlərinə dair Rusiyanın mövqeyini dəstəkləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər