NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün tezliklə Ankaraya gələcək.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Rumıniya Baş naziri Nikolay Çuka ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Mən özüm də yaxın vaxtlarda Ankaraya gedəcəm, Prezident Ərdoğanla görüşəcəm”, - NATO baş katibi deyib.
Stoltenberq Türkiyə lideri ilə hansı məsələlər haqda danışacağını bildirməyib.