26 Oktyabr 2022 21:55
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Silahlı Qüvvələrinin komandanı general Valdemaras Rupşis Ukraynaya haubitsa və zenit sistemlərinin verilməsi təklifinə etraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva dövlət televiziyası (LRT) məlumat yayıb.

Məlumatda Rupşisin Litvanın “PzH 2000” haubitsalarını və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməməyi təklif edib.

“Bu vasitələrə sahib olmalıyam. Silahsız işi görə bilmərik, əlimizdə olan silahlar o nöqtədədir ki, onları artıq verə bilməyəcəyik”, - Silahlı Qüvvələrin komandanı deyib.

Litva parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Laurinas Kaşşunas da Ukraynaya dəstək verməklə ölkənin milli təhlükəsizliyini təmin etmək arasında orta yol tapmağa çağırır. O qeyd edir ki, Ukraynaya yardım başqa cür də göstərilə bilər.

“Bəllidir ki, indi Ukraynanı dəstəkləmək və milli potensialı qorumaq və gücləndirmək arasında orta xətt tapmalıyıq. Bu məqamı tapmaq çox vacibdir. Ola bilsin ki, bu dəstək Ukraynaya başqa yollarla da verilə bilər”, - Kaşçunas deyib.

Komitə rəhbəri qeyd edib ki, ukraynalıları dəstəkləmək üçün müdafiə büdcəsində 50 milyon avroya yaxın vəsaitin ayrılması planlaşdırılır. Bu məbləğə Ukrayna hərbçilərinin təlimi xərcləri də daxildir.

“Litva minə yaxın hərbçi hazırlaya bilər, siz ukraynalılara kömək və dəstək göstərmək üçün müxtəlif forma və üsullar axtara bilərsiniz”, - o vurğulayıb.

Kaşçunasın sözlərinə görə, “qızıl orta”nın necə tapılacağına dair qərarı Dövlət Müdafiə Şurası verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər