Böyük Britaniya Türkiyəyə ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq "Eurofighter" qırıcılarını sata bilər.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyədə jurnalistlərə açıqlamasında deyib.
"Biz Türkiyəyə "Eurofighter" qırıcılarının satışı barədə düşünürük. Amma bu məsələni ilk növbədə Türkiyə hökuməti və Hərbi Hava Qüvvələri həll etməlidir", - nazir deyib.
Qeyd edək ki, bu gün Türkiyədə B.Uolleslə türkiyəli həmkarı Hulusi Akar arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.