ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına 8 nəfər və 12 təşkilat daxil edilib.
ABŞ eyni zamanda, İrana qarşı sanksiyaları genişləndirib. Belə ki, İranda davam edən iğtişaşlara dəstək verdiyi üçün 14 məmura və 3 quruma sanksiya tətbiq edilib.