Şiraz şəhərində yerləşən Şah-Çərəx məqbərəsində törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin hakimiyyət nümayəndələri məlumat verib.
XXX
İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.
Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
XXX
İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, bu gün yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib.
2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.
Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 40 nəfərin yararlandığını bildirir.