ABŞ Prezidenti Co Bayden və İsrail Prezidenti İsaak Hersoq İranın Rusiya ilə münasibətlərinin möhkəmlənməsi ilə bağlı artan narahatlıqlar fonunda yaranan təhdidləri müzakirə ediblər.
Teleqraf.com-un məlumatına görə, Bayden bir daha qeyd edib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək.
Tərəflər İsrail və Livan arasında yeni dəniz sazişini müzakirə ediblər. Bayden bunun Livan xalqı üçün yeni ümid və iqtisadi imkan yaradacağını, İsrail xalqı üçün isə sabitliyi və təhlükəsizliyi artıracaq tarixi irəliləyiş olduğunu adlandırıb.
“Bundan başqa, Bayden beynəlxalq forumlarda anti-İsrail qərəzliyi də daxil olmaqla antisemitizmin davam edən bəlasını pisləyib", - Ağ Evin bəyanatında deyilir.
Bayden iki dövlətli həllin İsrail və Fələstin üçün sülhə aparan ən yaxşı yol olduğuna inandığını vurğulayıb.