Krımdakı Balaklava İES PUA hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bunu İES-in nümayəndəsi Mixail Razvojayev deyib.
Hücum nəticəsində qoşulu vəziyyətdə olmadığı deyilən transformatorun alışdığı iddia edilir. Zərərin minimal olduğu bildirilir.
“Bu gecə ukraynalılar Balaklava İES-ə hücum edib. Transformatorlardan biri alışıb. Bundan əvvəl transformator təmirdə olub və işləmirdi. Fövqəladə Hallar Nazirliyi stansiyaya gələnə qədər açıq yanma olmayıb”, - o, Teleqramda yazıb.
Qeyd edək ki, Balaklava İES yarımadanın işğalı zamanı tikilib.