27 Oktyabr 2022 16:29
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar NATO-nun Avropadakı bazalarına köhnəlmiş ehtiyatları əvəz edəcək modernləşdirilmiş B61-12 taktiki nüvə bombalarının yerləşdirilməsini sürətləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” ABŞ diplomatik teleqramına və iki mənbəyə istinadən yazır.

Əvvəllər B61-12-nin 2023-cü ilin yazından tez olmayaraq Avropaya çatdırılması planlaşdırılırdı, lakin son tarixlər bu ilin dekabrına keçirilib.

Sənəddə deyilir ki, görüşlər zamanı NATO-nun 15 müttəfiqi alyansın “Putinin nüvə şantajına tab gətirməməsi” ilə bağlı narahatlığını ifadə edib.

“Rusiyanın nüvə ritorikasının artan həcmini və əhatə dairəsini nəzərə alaraq, bəzi müttəfiqlər davamlı hazırlığı və ardıcıl mesajlaşmanı təmin etmək üçün NATO daxilində davamlı məsləhətləşmələrin aparılmasını tələb ediblər”, - bildirilir.

Pentaqonda jurnalistlərə verdiyi şərhdə izah edib ki, B61-in modernləşdirilməsi uzun illərdir davam edir və Ukraynadakı son hadisələrlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, B61 ilk dəfə 1960-cı illərin əvvəllərində hazırlanmış və Nevada ştatında yeraltı nüvə sınaqlarında nümayiş etdirilmiş nüvə bombaları ailəsidir. Onilliklər ərzində onlarla versiya hazırlanıb.

B61-12-nin ömrünün uzadılması proqramı Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədəki hava bazalarında saxlanılan 100-ə yaxın bomba da daxil olmaqla bir neçə əvvəlki versiyanı əvəz etmək üçün nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər