Ruslar qüvvələrini Belarusun hərbi aerodromlarında cəmləşdirir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov deyib.
“Baş Qərargah Rusiya Federasiyasının Belarusdakı bütün hərəkətlərini izləyir. Biz görürük ki, düşmən Zabrovka hərbi aerodromundan əlavə, öz qoşunlarını Belarusun digər aerodromlarına da keçirməyə çalışır, həmçinin onların təlimlərində fəal tədbirlər həyata keçirir”,- Qromov bildirib.
Eyni zamanda o qeyd edib ki, hazırda qonşu respublika ərazisindən hücum qruplaşmasının yaradılmasına nəzarət edilmir, lakin təhlükələr var və olacaq.
O əlavə edib ki, düşmən Belarus istiqamətindən kamikadze pilotsuz uçan aparatlardan fəal şəkildə istifadə etməkdə davam edir. Bu həftə Rusiya təcavüzkarları respublika ərazisindən 10 “Şahed” PUA-sını havaya buraxıblar.