ABŞ dövlət katibi Entoni Blinken “soyuq müharibə”dən sonra formalaşan dünya nizamının sona çatdığını və hazırda yeni dünya düzəni uğrunda rəqabətin getdiyini deyib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi ABŞ-ın bu rəqabətdə əsas qaliblərdən biri olmaq üçün bütün vasitələrə malik olduğunu bildirib.
Blinken həmçinin əlavə edib ki, ABŞ və müttəfiqləri Rusiyanın strateji məğlubiyyətinə nail olmaq üçün Ukraynaya dəstək verir, Çinlə rəqabət aparmaq üçün çoxtərəfli əməkdaşlığı inkişaf etdirir.