Türkiyədə keçmiş sevgilisi ilə barışmaq istəyən oğlan "yox" cavabı alınca qızı gülələyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet.E adlı şübhəli 19 yaşlı Özgə.G-ni ictimai nəqliyyatda tapança ilə gülələyib. Baş verən hadisə avtobusda olan kamera vasitəsi ilə qeydə alınıb.
Hadisə mart ayının 6-da baş verib. Metmet barışmaq istədiyi keçmiş sevgilisi Özgədən yox cavabı aldıqdan sonra onun ardınca avtbusa minib.
O, avtobus Millət küçəsindəki dayanacağa çatanda belindəki silahla sevgilisinə üç dəfə atəş açıb. Təcili yardımla İstanbul Universiteti İstanbul Tibb Fakültəsi Xəstəxanasına qaldırılan Özgə G. bir gün sonra həyatını itirib.
Şübhəli Mehmet E. də həmin gecə özünü Üsküdarda ağacdan asaraq intihar edib.
Teleqraf.com həmin videonu təqdim edir :
Rüstəm