Rusiya Prezidenti Vladimir Putin anti-Rusiya sanksiyaları ilə bağlı zarafat edib.
Teleqraf.com xəbər verir ki, Putin bu zarafatı Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı edib.
Dövlət başçısının sözlərinə görə, bunu ona alman dostu deyib:
“Oğul atasından soruşur ki, ata, niyə belə soyuqdur? O deyir ki, Rusiya Ukraynaya hücum etdiyi üçün. Uşaq soruşur, bunun bizə nə dəxli var?
- Biz də ruslara qarşı sanksiyalar tətbiq etmişik.
- Niyə?
- Onlara pis hiss etdirmək üçün.
Putin Rusiyaya qarşı sanksiyaların ölkə iqtisadiyyatını məhv etmək məqsədi daşıdığını, lakin alınmadığını bildirib.