28 Oktyabr 2022 08:29
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pol Qozar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini sülh danışıqları aparmaq üçün Arizonaya dəvət edib.

Teleqraf.com xəbər verir ki, o, Rusiya və Ukraynanın Vaşinqtondakı səfirliklərinə göndərilən dəvət məktubunu tviterdə dərc edib.

“Mən diplomat deyiləm. Konqresin üzvüyəm. Ölkələrinizdə kifayət qədər ölüm və dağıntılar görmüşəm. Bu, qəbuledilməzdir. Sülh yolu ilə həll cəhdlərinin olmaması məni üzür. Mənim ölkəmdə bu müharibəni sülhlə dayandıra biləcək lider olmadığı üçün özüm təşəbbüslə çıxış etdim” - Qozar bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər