Ukrayna Milli Qvardiyası Donetsk istiqamətində bir qrup Donetsk işğalçısını darmadağın edərək, “səfərbər edilmiş” qondarma hərbçiləri ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.
“Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlıları Donetsk istiqamətində düşmən qrupunu darmadağın edib və “səfərbər edilmiş” qondarma “Donetsk Xalq Respublikasının” əsgərlərini ələ keçirib”, - məlumatda deyilir.
Qeyd edilir ki, əsir kimi ələ keçirilən hərbçi bu yaxınlarda səfərbər olunub və döyüş bölgəsinə göndərilib. İlk toqquşmaların birində onların qrupu darmadağın edilib.
Qeyd edək ki, işğal olunmuş ərazilərdən gələn ukraynalılara “mob” deyirlər. Onlar Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşməyə məcbur edildiyi iddia edilən insanlardır.