“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında da Kreml elitasında parçalanmanın əlamətlərinin görünmədiyi göz qabağındadır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist Timur Olevski deyib.
“Söhbət bu “elita”dan gedirsə, iki şeyi deyə bilərəm. Birincisi, məncə, elitada parçalanma olduğunu düşünməkdən əl çəkməliyik. Mən şəxsən buna inanmıram. Elitada parçalanma olduğuna dair heç bir əlamət görmürəm. Düşünürəm ki, bu, yanlış nəticələrə gətirib çıxara biləcək çox səhv, təhlükəli inancdır. İnsanlar, əslində, bu sistem daxilində şəxsi maraqlar uğrunda mübarizəni elita bölgüsü kimi qəbul edirlər”, - jurnalist bildirib.
Eyni zamanda Olevski qeyd edib ki, Putinin ətrafı öz şəxsi maraqlarını güdür:
“Məsələn, Kadırovun Çeçenistan üçün pul yığmaq, regiona nəzarəti əlində saxlamaq və mərkəzdən ayrılan pulların dayandırılmaması ilə bağlı maraqları var. Bunun üçün də cəbhədəki uğursuzluqları və çeçenlərin ölümünü başqalarının üstünə atır.
Priqojin isə Belqorod vilayətində qazıntı işlərini davam etdirməkdə maraqlıdır, amma bunun kimə lazım olduğu bəlli deyil. Müdafiə Nazirliyinin ayırdığı milyardlarla rublu mənimsəmək üçün guya səngər qazırlar. Təbii ki, Priqojinin əsas marağı rus xalqını satmaqla pul qazanmağa davam etməkdir. Bu onun yeni işidir”.
Olevski qeyd edib ki, Putinin ətrafındakı insanlar öz aralarında mübahisə edə bilərlər, amma bu, maraqların toqquşması deyil:
“Vəziyyətə görə, mübahisə edə, hürə və hətta bir-birlərini çərçivəyə sala bilərlər. Məsələn, deputatlara və tabeliyində olanlara qarşı cinayət işinin açılması kimi. Ancaq bu, maraqların toqquşması deyil, çünki sistemi canlı saxlamaq üçün bütün bunlar onlara lazımdır”.
Olevskidən fərqli olaraq, rusiyalı politoloq Dmitri Oreşkin iddia edir ki, Putinə yaxın olanlar artıq hakimiyyəti bölüşürlər. Bununla belə, o, Putinin öz hakimiyyətini saxlamaq üçün çoxlu resurslarının olduğunu deyir.
Ukraynalı hərbi ekspert Oleq Jdanova görə isə, Putinin ölümü Ukraynanın müharibədə tez qələbəsi demək deyil, əksinə, bu, sürətləndirilmiş qələbə olacaq.
Rusiyalı sosioloq İqor Eydmanın fikrincə, Putinin ətrafı onu Haaqa məhkəməsinə təslim edə bilər ki, Qərb gələcəkdə onları bağışlasın.
Rusiyalı müxalifətçi Gennadi Qudkov bildirir ki, Xersonun tam işğalı Putin öz rejimi üzərində tez qələbə qazanmasına təkan verəcək.
Rusiyalı siyasətçi Mixail Xodorkovsknin sözlərinə görə, Rusiyanın hərbi-siyasi rəhbərliyində qəribə dəyişiklik baş verir.