Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk yerli avtomobilin sükanı arxasına keçib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin 61 illik arzusu gerçəkləşib. "TOGG"-un ilk maşını geniş ictimaiyyətə təqdim edilib. Maşını ilk olaraq prezident Ərdoğan idarə edib.
Bu barədə sosial media hesabında paylaşım edən Ərdoğan "Yolun açıq olsun, Toqq, təkərinə daş dəyməsin..." sözlərini yazıb.
Qeyd edək ki, TOGG Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markasıdır.