Türkiyə Mərkəzi Bankı son üç ayda 83%-lik rekord inflyasiya fonunda ölkədə əsas faiz dərəcəsini üçüncü dəfə aşağı salıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkstat Statistika İnstitutunun məlumatları bunu deməyə əsas verir.
Qeyd edilir ki, sentyabrda Türkiyədə inflyasiya 83%-i keçib. Bir il əvvəl inflyasiya 20%-dən bir qədər aşağı səviyyədə olub.
Hazırda Türkiyədə əsas faiz dərəcəsi 10,5% səviyyəsindədir.