30 Oktyabr 2022 08:28
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moqadişoda Təhsil Nazirliyinin binası yaxınlığında törədilən partlayışlar nəticəsində azı 100 nəfər ölüb, 300 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” ölkə Prezidenti Həsən Şeyx Mahmuda istinadən xəbər verir.

***

23:47 -29.10.2022

Somalinin paytaxtı Moqadişonun mərkəzində əhsil Nazirliyinin binasına hücumu olub.

Hadisəni “Aş-Şabab” terror qruplaşması törədib. Hücum zamanı 30 nəfər ölüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb.

Daha sonra bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər