30 Oktyabr 2022 09:43
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis mediasının irəli sürdüyü iddiaya görə, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın xarici işlər naziri olduğu dövrdə onun şəxsi mobil telefonu rus agentləri tərəfindən izlənilirmiş.

Teleqraf.com İngilis mətbuatına istinadən xəbər verir ki, agentlərin Rusiya prezidenti Vladimir Putinə işləməkdə şübhəli bilindiyi bildirilir.

İddialara görə, rus casusları Trassın keçmiş maliyyə naziri Kvasi Kvartenqlə görüşləri, eləcə də Ukrayna müharibəsi ilə bağlı xarici rəsmilərlə söhbətləri ilə bağlı həssas məlumatlara çıxış əldə ediblər.

İddiaya görə, bu faktlar yayda Trassın Mühafizəkarlar Partiyasının liderliyinə seçki kampaniyası zamanı aşkar edilib. Lakin təfərrüatlar o vaxtkı baş nazir Boris Conson və Nazirlər Kabineti və ictimai kadrlar üzrə dövlət katibi Simon Keys tərəfindən gizlədilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər