Ukraynada elektrik enerjisinin ehtiyatlı istehlakı və stabilləşdirmə məhdudiyyətləri davam etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin 249-cu gününün yekunu ilə bağlı videomüraciətində bildirib.
“Rus terrorçular müxtəlif istiqamətlərdə - Çerniqov vilayəti, Xarkov vilayəti, Donbass rayonu, Dnepropetrovsk rayonu, Zaporojye və vilayəti, Nikolayev və vilayətini atəşə tutmağa davam ediblər. İşğalçılara hiss olunan şəkildə cavab veririk”, - o deyib.
Zelenskinin sözlərinə görə, gün ərzində həftə ərzində baş verən Rusiya zərbələrindən sonra enerji təchizatının texniki imkanlarını bərpa etmək mümkün olub.
“Lakin generasiya kəsiri hələ də davam edir, buna görə də elektrik enerjisinin son dərəcə qənaətli istehlakı və stabilləşdirmə məhdudiyyətləri davam etməlidir”, - prezident vurğulayıb.