1 Noyabr 2022 00:27
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xerson vilayətini rus işğalçılarından azad etmək Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun proqnozlaşdırdığından da tez mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladimir Molçanov deyib.

Onun sözlərinə görə, bunun üçün Dneprdə suyun səviyyəsini indiki səviyyədən, təxminən, yaz daşqınları səviyyəsinə qaldırmaq lazımdır:

“Bir metr yüksələn su daşınmanı xeyli çətinləşdirmək və ya qeyri-mümkün etmək üçün kifayət edəcək. Kaxovskaya bəndindən keçidə imkan vermək lazım deyil.

Oleşkivska körpüsü xeyli qısadır və ruslar bunu əvəz etmək üçün ən azı iki keçid etməli olacaqlar. Hələ dağıdılmalı çoxlu obyektlər var”.

Molçanovun fikrincə, bu variant mümkündür, çünki su və hava soyuyacaq, ona görə də Ukrayna ordusunun effektli zərbələri səbəbindən işğalçılar üçün daşımaların aparılması daha da çətinləşəcək:

“Bundan sonra mərmi, yanacaq və ərzaq çatışmazlığı səbəbindən sol sahildən mümkün artilleriya dəstəyindən asılı olmayaraq geri çəkilmək məcburiyyətində qalacaqlar. İşğalçılar artıq sahil boyu möhkəmlənirlər və suyun səviyyəsi qalxarsa, səngərləri su basacaq və ruslar soyuqda dizlərinə qədər suyun içində qalacaqlar”.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Xersonun azad edilməsi əməliyyatının noyabrın sonuna qədər davam edəcəyini proqnozlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər