ABŞ Prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı gərginliyin artdığı iddia edilir.
Teleqraf.com xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatda Rusiyanın Ukraynaya təcavüzündən sonra Bayden və Zelenski arasında adi hala çevrilən görüşlərdən birində onların arasında gərginlik yaşandığı bildirilib.
İddiaya görə, iyun ayında baş tutan telefon danışığında Bayden Zelenskiyə qəzəblənib.
Bayden görüş zamanı Ukraynaya əlavə 1 milyard dollarlıq hərbi yardım haqqında söhbətini bitirən kimi Zelenski ölkəsinin ehtiyac duyduğu və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayıb. Bu isə Bayden qəzəbinə səbəb olub.
Məlumatda həmçinin qeyd olunub ki, Bayden və komandası əllərindən gələnin ən yaxşısını etsələr də, Zelenski ictimaiyyətin önündə diqqəti edilməmiş işlərə çəkir.
Bununla belə, Bayden və Zelenskinin münasibətlərinin iyundakı telefon danışığından sonra yaxşılaşdığı bildirilib. Gərgin keçən görüşdən sonra Zelenski ABŞ-a səxavətli yardımına görə təşəkkür etdiyi bir açıqlama verib.
Görüşdən sonrakı açıqlamasında Bayden də Zelenskiyə 1 milyard dollarlıq yardım barədə məlumat çatdırdığını və ABŞ-ın öz azadlığı üçün mübarizə aparan Ukrayna xalqı qarşısında öhdəliyindən əl çəkməyəcəyinə söz verdiyini bildirib.